EN

Qiymətli metallar ucuzlaşır

Yazını böyüt
Yazını kiçilt

Qızılın və digər qiymətli metalların qiymətlərində ucuzlaşma müşahidə olunur. Bunu ticarət məlumatları sübut edir.

Hafta.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:26-ya olan məlumata görə, Nyu-York Ticarət Birjasının bölməsi olan "Comex"də iyun ayına çatdırılma ilə qızıl füçerslərinin qiyməti 64.96 dollar (1.46%) ucuzlaşaraq trua unsiyası üçün 4 374.54 dollara düşüb. Məlumata görə, son dörd gündə qızlın qiymətli 11.3% ucuzlaşıb.

May ayına çatdırılma ilə gümüş füçerslərinin qiyməti isə 3.83% ucuzlaşaraq trua unsiyası 66.7 dollara düşüb.

Aprel ayına çatdırılma ilə platin füçerslərinin qiyməti 2.62% azalaraq trua unsiyası üçün 1 824.65 dollar olub.

İyun ayına çatdırılma ilə palladium füçerslərinin qiyməti 2.68% azalaraq trua unsiyası üçün 1 400 dollara düşüb.

Nikel füçerslərinin qiyməti də 1.49% ucuzlaşaraq tonu 16.846 dollara qədər ucuzlaşıb.

Chosen
1
2
hafta.az

3Sources