BAKI, 24 mart. TELEQRAF
Qazaxıstan-Özbəkistan sərhədindəki Atameken-Sırdərya gömrük-keçid məntəqəsi təmirdən sonra yenidən açılıb.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, hazırda sərhəd-keçid məntəqəsi piyadalar və yüngül nəqliyyat vasitələri üçün açıqdır.