Moderator.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ Dövlət Departamenti süni intellekt (AI) və digər inkişaf etməkdə olan texnologiyaların yaratdığı kibertəhdidləri aradan qaldırmaq üçün yeni bir bölmə yaradıb.
Moderator.az xəbər verir ki, bu barədə "ABC News" mənbələrə istinadən məlumat yayıb.
Xəbərə görə, yeni yaradılan İnkişaf Etməkdə olan Təhdidlər İdarəsi beş şöbədən ibarətdir: kibertəhlükəsizlik, kritik infrastruktur, qabaqcıl texnologiyalar, kosmik təhlükəsizlik və inkişaf etməkdə olan təhdidlərin qiymətləndirilməsi.
Qeyd olunur ki, büronun mübarizə aparmağı planlaşdırdığı başlıca rəqiblər siyahısında İran, Rusiya, Çin və Şimali Koreya yer alır. Bununla yanaşı, ABŞ üçün təhlükə mənbəyi hesab olunan qeyri-dövlət subyektləri də bu sıraya daxil edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.