
Azərbaycanlı deputat Vüqar Bayramov Facebook hesabında bildirib ki, Beynəlxalq Astronavtika Federasiyası-nın yaz sessiyası Paris şəhərində öz işinə başlayıb.
Onun sözlərinə görə, sessiya çərçivəsində kosmik sahədə görülən işlər, gələcək planlar və kosmos fəaliyyətinin inkişaf perspektivləri müzakirə olunur.
Paylaşımda qeyd edilir ki, tədbirdə eyni zamanda kosmos sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi imkanları və birgə proqramların icrası istiqamətində müzakirələr aparılır. Kosmik tədqiqatların genişləndirilməsi məsələsi də diqqət mərkəzindədir.
Deputat vurğulayıb ki, sessiya iştirakçıları tərəfindən Azərbaycanın kosmos sahəsində regional töhfəsi xüsusi olaraq yüksək qiymətləndirilib.