EN

Ağstafada mikroavtobusla minik maşını toqquşub: XƏSARƏT ALANLAR VAR

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes Vita" markalı mikroavtobusla "VAZ-2106" markalı minik maşını toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Chosen
8
9
senzor.az

10Sources