EN

Taksi sürücüsünü soymuşdu, həbs edildi

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Abşeron rayonunda avtomobildə müştəri kimi əyləşərək sürücüyə zor tətbiq edib 600 manat dəyərində mobil telefonunun ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 26 yaşlı R.Dünyamalıyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin rayon ərazisində daha bir nəfərin mobil telefonunu kəsici alətlə hədələyərək quldurluq yolu ələ keçirdiyi məlum olub.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
10
globalinfo.az

9Sources