EN

Atasına görə ailəsi dağılmaq üzrədir

Şahzadə Biatris və həyat yoldaşı Edoardo Mapelli Mozzi titullarından məhrum edilmiş atası Endryu Uindsor ətrafındakı qalmaqal fonunda böhran yaşayırlar.

"Cebheinfo.az" Axşam.az-a istinadən xəbər verir ki, bu haqda "Daily Mail" məlumat yayıb. Məlumata görə, son aylarda cütlük arasında nəzərəçarpacaq bir məsafə yaranıb. Mapelli xanımının ailəsi ilə əlaqəsinin karyerasına zərər verə biləcəyindən qorxur.

Mənbələr qeyd edir ki, şahzadə "çarəsizcə hər şeyi bir yerdə saxlamağa çalışır", Edoardo isə getdikcə daha çox uzaqlaşır, vaxtını işə və səyahətə həsr edir. Cütlüyün iki azyaşlı uşağı var və onları böyütmək yükü əsasən Biatrisin üzərinə düşüb.

37 yaşlı Biatris adı Epşteyn işi ilə bağlı sənədlərdə yüzlərlə dəfə ortaya çıxdıqdan sonra diqqət mərkəzində olub. Atası dövlət vəzifəsində qanun pozuntuları ittihamı ilə həbs edilib. Kiçik bacısı Eugeniadan fərqli olaraq, Biatris valideynlərinə dəstək olmağa çalışır.

Qeyd edək ki, Endruyunun keçmiş həyat yoldaşının qızları ilə birlikdə Epşteyni ziyarətə uçduğu bildirilmişdi.

"Cebheinfo.az"

Chosen
7
2
cebheinfo.az

3Sources