Azərbaycanın futzal millisi apreldə daha iki yoldaşlıq oyunu keçirəcək.
News365.az xəbər verir ki, yığmamız aprelin 13-ü və 15-i Aktau şəhərində Qazaxıstanla üz-üzə gələcək.
Bu barədə Azərbaycan Futzal Federasiyasının Mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, millimiz aprelin 9-u və 11-i isə Tbilisidə Gürcüstan yığması ilə qarşılaşacaq.