EN

İranda internet üzərindən “təxribat fəaliyyəti”nə görə 450-dən çox şəxs saxlanılıb » AzadMedia.az

İranda


İranda sosial şəbəkələr vasitəsilə cəmiyyəti destabilizə etmək cəhdlərində ittiham olunan 450-dən çox şəxs saxlanılıb. Bu barədə IRNA agentliyi ölkə polisinin məlumatına istinadən xəbər yayıb.

Məlumata görə, son günlər ərzində ümumilikdə 466 nəfər müəyyən edilərək saxlanılıb. Onların sosial mediada cəmiyyətdə qorxu və təşviş yaratmağa çalışdıqları, həmçinin “düşmən maraqlarına xidmət edən təbliğat” apardıqları iddia olunur.

Qeyd edək ki, bölgədə gərginlik fonunda ABŞ və İsrail fevralın 28-dən etibarən İran ərazisindəki obyektlərə zərbələr endirməyə başlayıb. İran isə buna cavab olaraq İsrail ərazisinə və Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə hücumlar həyata keçirir.

Chosen
3
1
azadmedia.az

2Sources