EN

WEF regional qeyri-sabitliyə görə Səudiyyə Ərəbistanındakı tədbirini təxirə salıb

Ümumdünya İqtisadi Forumu (WEF) aprel ayınında Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan qlobal əməkdaşlıq, inkişaf və enerji mövzusundakı görüşü təxirə salıb.

"Far.Az" xəbər verir ki, bu barədə Yaxın Şərq KİV-ləri məlumat yayıb.

Qeyd olunub ki, bu qərar Yaxın Şərqdəki gərginliyin artması, o cümlədən İranın Səudiyyə Ərəbistanına endirdiyi zərbələr səbəbindən qəbul edilib.

Görüş aprelin 22-23-də Ciddədə keçirilməli idi.

KİV-lərin məlumatına görə, görüşün təxirə salınması barədə qərar krallığın İqtisadiyyat və Planlaşdırma Nazirliyi ilə məsləhətləşmələrdən sonra qəbul edilib.

Tədbirin keçiriləcəyi yeni tarix daha sonra elan olunacaq.

Chosen
5
2
far.az

3Sources