EN

Tovuzda minik maşını aşıb, ölən var

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az APA-ya istinadla xəbər verir ki, rayon ərazisində hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı sürücü, Tovuzun Qovlar şəhər sakini 1990-cı il təvəllüdlü R.Həsənov hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.

Chosen
22
14
moderator.az

10Sources