EN

İran səfiri “arzuolunmaz şəxs” elan edildi

Yazını böyüt
Yazını kiçilt

İranın Livandakı səfiri “arzuolunmaz şəxs” elan edilib və onun martın 29-dək ölkəni tərk etməsi tələb olunub.

Hafta.az Livanın milli xəbər agentliyinə istinadla bildirir ki, qərarla tanış olmaq üçün İranın ölkədəki müvəqqəti işlər vəkili Tofiq Səmədi Xoşxu Livanın Xarici İşlər Nazirliyinə dəvət edilib.

Diqqətə çatdırılıb ki, Livan İran səfiri Məhəmməd Rza Şeybaninin etimadnaməsi ilə bağlı qərarını ləğv edib.

Chosen
14
4
hafta.az

7Sources