EN

Qətərə məxsus bəzi təyyarələr İspaniyaya köçürülüb

Yazını böyüt
Yazını kiçilt

Qətər Hava Yolları öz donanmasının ən böyük təyyarələrindən 20-ni İspaniyadakı Teruel hava limanına göndərib. Bu hava limanı təyyarələrin texniki xidməti və uzunmüddətli saxlanması üzrə ixtisaslaşıb.

Hafta.az “əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, şirkət bazar günü beş təyyarə yola salıb. Ötən həftə isə İspaniya aeroportuna 15 təyyarə göndərilmişdi.

Qətərin Mülki Aviasiya üzrə Baş İdarəsinin direktorunun səlahiyyətlərini icra edən Məhəmməd bin Falih əl-Hacəri bildirib ki, ölkədə mülki aviasiya sektorunda əməliyyatlar tam nəzarət altındadır və son regional hadisələrin yaratdığı çətinliklərə baxmayaraq, ən yüksək təhlükəsizlik və səmərəlilik standartlarına uyğun idarə olunur.

Chosen
2
2
hafta.az

3Sources