ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
Azərbaycanla Gürcüstan arasında tranzit xəttinin davamlılığı istiqamətində layihənin icrası nəzərdə tutulur.
Sherg.az xəbər verir ki, bu barədə nəqliyyat və logistika üzrə mütəxəssis Rauf Ağamirzəyev məlumat verib.
Mütəxəssis bildirib ki, Orta dəhlizin Tbilisi ətrafında strateji avtomobil yol seqmenti ilə bağlı vacib addım atılır:
- Gürcüstan hökuməti paytaxtın cənubunda yeni dolama (bypass) avtomobil yolunun texniki-iqtisadi əsaslandırmasının hazırlanması üçün beynəlxalq tender elan edib. Layihə həm ölkə, həm də Tbilisi üçün xüsusi əhəmiyyət daşıyır. Məqsəd nəqliyyat axınlarını daha səmərəli bölüşdürmək, yol tutumunu artırmaq və yük dövriyyəsini genişləndirməkdir. Əsas üstünlük budur ki, beynəlxalq və regional yük daşımalarının şəhər mərkəzinə daxil olmadan hərəkəti təmin ediləcək. Bu isə Orta dəhliz üzrə logistikanın sürətini və etibarlılığını artıracaq. Layihə həmçinin Tbilisi mərkəzindəki küçələri və sahil yollarını yüngülləşdirəcək. Yeni dolama marşrut müxtəlif rayonlar və şəhərdən çıxışlar arasında alternativ əlaqə yaradacaq — nəticədə tıxaclar azalacaq və ekoloji vəziyyət yaxşılaşacaq. Texniki-iqtisadi əsaslandırma çərçivəsində ən azı 3 alternativ marşrut hazırlanacaq, hər biri üzrə detallı təhlil aparılacaq, ən optimal və prioritet variant seçiləcək. Layihələndirmənin növbəti mərhələsinə keçidin mümkünlüyü qiymətləndiriləcək. Məsləhət xidmətlərinə həmçinin xərc-səmərəlilik analizi də daxildir. Sənədlərinin hazırlanma müddəti 12 ay müəyyən edilib. Tender təkliflərinin son təqdim olunma vaxtı 17 aprel 2026-cı ilədəkdir. Ümumilikdə bu layihə Orta dəhlizin avtomobil komponentinin gücləndirilməsi baxımından region üçün ciddi strateji əhəmiyyət daşıyır, xüsusilə də Azərbaycan-Gürcüstan tranzit xəttinin davamlılığı baxımından.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.