EN

ABŞ klubu Antuan Qrizmannın transferini açıqlayıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 mart, AZƏRTAC

İspaniyanın "Atletiko Madrid" komandasının futbolçusu Antuan Qrizman "Orlando Siti" klubuna keçib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ təmsilçisinin rəsmi saytı məlumat yayıb.

34 yaşlı hücumçu komandaya bu yay qoşulacaq. Onunla 2028-ci ilədək müqavilə imzalanacaq.

Fransız futbolçunun sözləşməsində daha bir il uzatma maddəsi olacaq.

Antuan Qrizmann İspaniyada "Real Sosyedad" və "Barselona" klublarında da oynayıb.

Müxbir - Cavid Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
4
azertag.az

9Sources