EN

Qanunsuz yolla balıq ovlayanlar saxlanılıblar

Sia Az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Martın 18-də Kür çayının sol sahilində, Şəmkir rayonunun inzibati ərazisindən keçən hissəsində elektrik cərəyanından istifadə etməklə qanunsuz balıq ovu faktı aşkarlanıb.

Kənd Təsərrüfatı Nazirliyindən SİA-ya bildirilib ki, qanunsuz balıq ovu ilə məşğul olan Tovuz rayonunun Hunanlar kəndinin 3 sakini Daxili Sular Regional Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qanunsuz ov nəticəsində təbiətə dəymiş ziyanın ödənilməsi və müvafiq tədbirlərin görülməsi məqsədilə hər üç şəxs barəsində toplanmış materiallar Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə təqdim edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
7
sia.az

10Sources