EN

Şamaxı-Dəmirçi yolunda sürüşmə: təmizləmə və bərpa işləri aparılır » AzadMedia.az


Şamaxı-Dəmirçi yolunda yağan güclü yağış nəticəsində dağlıq ərazidə torpaq sürüşməsi baş verib və kütlə yolun hərəkət hissəsinə axıb.

Hadisədən sonra 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsi tərəfindən Şamaxı-Pirqulu-Dəmirçi yolu istiqamətində təmizləmə işlərinə başlanılıb.

Görülən tədbirlər nəticəsində yolun zərər görmüş hissəsi bərpa olunub və hazırda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilir.

Qurumdan bildirilib ki, yol istismarı və texniki baxış işləri plan üzrə davam etdirilir.
Chosen
20
1
azadmedia.az

2Sources