Latın Amerikası müğənnisi Şakiranın Qətərdəki ilk konsertinin təşkilatçıları regiondakı münaqişə səbəbindən tədbiri qeyri-müəyyən müddətə təxirə salıblar.
Publika.az xəbər verir ki, bu barədə "The Peninsula Qatar" qəzeti məlumat yayıb.
"Mövcud regional vəziyyətlə əlaqədar Şakiranın 'Las Mujeres Ya No Lloran' dünya turu çərçivəsində Dohadakı 'Stadium 974'də keçirilməsi planlaşdırılan konserti təxirə salınıb", - deyə məlumatda bildirilir.
Konsertin təşkilatçısı olan "Platinumlist" şirkətinin məlumatına görə, hazırda tədbir üçün yeni tarixin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Qeyd olunub ki, bu konsert "sehrli bir gecə" və regionda indiyədək keçirilən ən böyük konsert olmalı idi.