Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Martın 25-i paytaxtın bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, Abbasqulu ağa Bakıxanov küçəsinin Cəlil Məmmədquluzadə küçəsindən Səməd Vurğun küçəsinədək, eləcə də Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Landau küçəsinədək olan hissələrində təmir işləri aparılacaq.
“Bu müddət ərzində martın 25-i saat 08:00-dan mart 26-sı saat 22:00-dək hər iki istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərdən xahiş olunur ki, alternativ marşrutlardan istifadə etsinlər”, - məlumatda deyilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.