EN

Ərdoğan müharibənin Türkiyəyə təsirlərindən danışıb

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ–İsrail–İran müharibəsinin Türkiyə iqtisadiyyatına mənfi təsirlərindən danışıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonra xalqa müraciəti zamanı, xüsusilə neft qiymətlərinin artmasının ölkə iqtisadiyyatına mənfi təsir göstərdiyini bildirib.

Onun sözlərinə görə, proses yaxından izlənilir və Türkiyə vətəndaşlarının qiymət artımından minimum zərərlə çıxması üçün zəruri tədbirlər görülür:

“Bu təsirləri yaxından izləyirik. Neft qiymətlərini qəfil artıran bu qlobal şokun, şübhəsiz ki, Türkiyə iqtisadiyyatına da təsirləri olur. Bütün dünyaya mənfi təsir göstərən bu prosesdən vətəndaşlarımızı qorumaq üçün müxtəlif tədbirlər tətbiq edirik. Müharibə uzandıqca, təəssüf ki, digər fəsadlar da ortaya çıxır. Xüsusilə dünya enerji ticarətinin 20 faizinin keçdiyi strateji Hörmüz boğazının bağlanması qlobal iqtisadiyyatı ciddi sarsıntıya məruz qoyub. Fevralın 28-dən bəri “Brent” markalı neftin bir barelinin qiyməti 40 faiz artıb”, - Ərdoğan qeyd edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
9
apa.az

10Sources