EN

Nazir İranın Türkiyəyə qaz nəqlini dayandırması ilə bağlı iddialara aydınlıq gətirdi

BAKI, 24 mart. TELEQRAF

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İranın Türkiyəyə qaz nəqlini dayandırdığı iddialarına münasibət bildirib.

Teleqraf Türkiyə mətbuatına istinadla xəbər verir ki, nazir Ankarada keçirilən Nazirlər Kabinetinin iclasından sonra verdiyi jurnalistlərə açıqlamasında iddiaları təkzib edib.

Onun sözlərinə görə, İran qazının tədarükü kəsilməyib.

"Anbarlarımız 71 faiz doludur. Enerji təchizatı təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur".

Chosen
22
teleqraf.com

1Sources