İsrail Hərbi Hava Qüvvələrinin gün ərzində Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 33 nəfər həlak olub, 90 nəfər yaralanıb.
Far.Az-in məlumatına görə, bu barədə Livanın Səhiyyə Nazirliyi "X" sosial şəbəkəsində açıqlama yayıb.
Nazirlik bildirib ki, hərbi eskalasiyanın başlanmasından bu günə qədər ölənlərin ümumi sayı 1 072 nəfərə, yaralananların sayı isə 2 966 nəfərə çatıb.
Eyni zamanda, Livanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, döyüş bölgələrində 1 milyondan çox insan – konkret olaraq 1 049 328 nəfər – evlərini tərk etmək məcburiyyətində qalıb.