EN

"QatarEnergy" uzunmüddətli LNG təchizatı müqavilələri üzrə fors-major elan edib

Qətərin "QatarEnergy" dövlət neft və qaz korporasiyası çərşənbə axşamı bir neçə uzunmüddətli LNG tədarükü müqavilələri üzrə fors-major elan edib.

Aznews.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi xəbər verib.

Bu tədbirlərin İtaliya, Belçika, Cənubi Koreya və Çindəki tərəfdaşlara aid olduğu bildirilir.

Tədbirlər Fars körfəzi bölgəsindəki vəziyyətə, eləcə də İranın Qətərin enerji infrastrukturuna zərbələrinə cavab olaraq tətbiq edilib.

Xatırladaq ki, fors-major hal tədarük sahəsindəki öhdəliklərin tərəflərdən asılı olmayan səbəblərdən icra edilə bilmədiyi hallarda müvafiq tərəfi məsuliyyətdən azad edən hüquqi mexanizmdir.

Chosen
11
4
aznews.az

5Sources