EN

"Mançester Yunayted" onun üçün 100 milyon xərcləməyə hazırdır

style='margin-bottom:10px;'>

"Mançester Yunayted" heyətini gücləndirmək məqsədilə transfer bazarı üçün böyük büdcə ayırıb.

QOL.az xəbər verir ki, "The Touchline" nəşrinin məlumatına görə, "qırmızı şeytanlar" yarımmüdafiəçi Fermin Lopes üçün 100 milyon avro təklif etməyə hazırdır. Lakin transferin baş tutma ehtimalının aşağı olduğu bildirilir və Kataloniya klubu onu satmaq niyyətində deyil. 

Xatırladaq ki, 22 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2031-ci ilə qədər qüvvədədir.

Qeyd edək ki, "Barselona" hazırda İspaniya La Liqasına başçılıq edir və Hans-Diter Flikin yetirmələri ən yaxın izləyicisi "Real"ı 4 xal qabaqlayır.

Chosen
23
1
teleqraf.com

2Sources