EN

SON DƏQİQƏ: Bu iki ölkə İranla müharibəyə başlayacaq

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) İranla müharibə ehtimalını nəzərdən keçirir

Bu barədə Bloomberg məlumat yayıb.

Məlumata görə, İranın Fars körfəzində yerləşən ən iri ərəb qonşuları ABŞ və İsrailin Tehrana qarşı hərbi əməliyyatlarına qoşulma variantını nəzərdən keçirir.

Bildirilir ki, əgər Tehran onların kritik infrastrukturuna zərbələr endirsə, bu ölkələr belə bir addım atmağa məcbur qalacaq.

Qeyd olunur ki, Səudiyyə Ərəbistanı və BƏƏ İranın hücumları fonunda artıq səbrini itirmək üzrədir. Bu hücumlar enerji obyektləri və hava limanları da daxil olmaqla mühüm infrastruktura təsir göstərib.

Agentliyin məlumatına əsasən, Fars körfəzi regionunun digər ölkələri də tədricən İranla qarşıdurmaya yaxınlaşır.

Globalinfo.az

Chosen
26
1
editor.az

2Sources