ain.az, Axsham.az portalına istinadən məlumat yayır.
İnstaqram artıq istifadəçilərə paylaşımdan sonra "karusel"dəki foto və videoların sırasını dəyişməyə imkan verir.
Axşam.az xəbər verir ki, bu barədə sosial şəbəkə məlumat yayıb.
"Karusel" formatı bir paylaşımda 20-yə qədər foto və videonu birləşdirməyə imkan yaradır. İstifadəçilər bu materialları sola sürüşdürərək izləyə bilirlər. Bu cür paylaşımlar xüsusilə foto kolleksiyaları və ya ardıcıl məzmun üçün əlverişli hesab olunur. Əvvəllər isə post dərc edildikdən sonra materialların sırasını dəyişmək mümkün deyildi.
Şirkətin açıqlamasında “Siz istədiniz — biz etdik. Artıq karusel paylaşımlarında foto və videoların sırasını dərc edildikdən sonra dəyişə bilərsiniz. Məzmununuz istədiyiniz qaydada qalacaq və artıq əldə edilmiş baxış sayı itirilməyəcək" qeyd olunub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.