Florida ştatınının Kuper-Siti şəhərində yaşayan daşınmaz əmlak sahibi evini satış prosesinin bütün mərhələlərində - qiymətin müəyyən edilməsindən tutmuş danışıqlara qədər ChatGPT-dən istifadə edərək satıb.
Â
Pravda.az Lent.az-a istinadən xarici mediaya istinadən xəbər verir ki, kişi evi daşınmaz əmlak bazarında fəaliyyət göstərən peşəkar şəxsin proqnozlaşdırdığından (954 800 dollar) 100 min dollar baha sata bilib və sövdələşmə cəmi 5 gün ərzində başa çatıb.
Â
Robert Levin əvvəlcə süni intellektdən qeyri-rəsmi şəkildə istifadə etməyə başlayıb və ev satış prosesi ilə bağlı suallar verib. Daha sonra bu söhbətlər kompleks strategiyanın əsasını təşkil edib. ChatGPT vasitəsilə o, satışın əsas mərhələlərini idarə edib - bazar analizi, qiymətin təyin edilməsi, reklam və danışıqlar.
Â
Hüquqi məsələlərlə bağlı o, vəkilə müraciət edib, baxışların təşkili kimi praktiki işləri isə özü həyata keçirib. Levinin fikrincə, bu metodu texniki bilikləri dərin olmayan insanlar da istifadə edə bilər. O vurğulayıb ki, ChatGPT-dən istifadə əsasən düzgün suallar vermək və dialoq qurmaqdan ibarətdir.
Â
Bununla yanaşı, o qeyd edib ki, mütəxəssislərin rolu aradan qalxmır, lakin süni intellekt istifadəçilərə qərarvermə prosesində daha çox inam və nəzarət imkanı verir.