EN

"Delta" şatdaun səbəbindən konqresmenlər üçün xüsusi xidmətləri dayandırıb

ABŞ-nin ən böyük aviadaşıyıcılarınan olan "Delta Air Lines" Daxili Təhlükəsizlik Nazirliyinin işini dayandırmasının yaratdığı resurs məhdudiyyətlərinə görə Konqres üzvləri üçün bir sıra xüsusi xidmətləri müvəqqəti dayandırır.

"Report" xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.

"Şatdaunun təsiri səbəbindən "Delta" şirkətin təyyarələri ilə uçan Konqres üzvləri üçün xüsusi xidmətləri müvəqqəti olaraq dayandıracaq", - açqlamada deyilir.

Şirkət təhlükəsizliyi təmin etdikdən sonra işçilərə və müştərilərə qayğı göstərməyin prioritet olduğunu vurğulayıb, lakin bu, mövcud şəraitdə daha da çətinləşir.

Telekanalın məlumatına görə, söhbət qanunvericiləri hava limanlarında müşayiət etmək və mürəkkəb uçuşlarla bağlı problemləri həlli üçün ixtisaslaşmış xidmətlər göstərməkdən gedir.

Chosen
52
far.az

1Sources