Bakı.Trend:
Bu ilin fevral ayında Bakı–Tbilisi–Ceyhan neft kəməri (BTC)vasitəsilə Türkiyə ərazisindən 14,818 milyon barel neft nəqlolunub.
Bu barədə TrendBOTAŞ şirkətinə istinadən xəbər verir.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin fevral ayında bugöstərici 16,047 milyon barel təşkil edib. Beləcə nəqlin həcmitəxminən 7,7% azalıb.
2026-cı ilin yanvar–fevral aylarında BTC vasitəsilə Türkiyəərazisindən ümumilikdə 30,943 milyon barel neft nəql olunub.
Xatırladaq ki, 2025-ci ildə BTC ilə Türkiyə ərazisindən 206,434milyon barel neft nəql edilib.
Müqayisə üçün, 2024-cü ildə bu göstərici 224,142 milyon barelolub. Beləliklə, nəqlin həcmi 7,9% azalıb.
Qeyd edək ki, BTC Co. şirkətinin səhmdarlarıaşağıdakılardır:
bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni(5,00%), TotalEnergies (5,00%), ITOCHU (3,40%), ONGC Videsh(3,10%), ExxonMobil (2,50%) və INPEX (2,50%).