EN

Tehranda ard arda partlayışlar İsrail bir neçə nöqtəyə zərbələr endirdi

Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Tehran şəhərində ard-arda partlayışlar baş verib. Hadisələr ABŞ və İsrail tərəfindən həyata keçirilən hücumların davam etdiyi bir vaxtda qeydə alınıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Anadolu agentliyi”nin müxbiri məlumat yayıb. Bildirilir ki, paytaxtda bir neçə partlayış səsi eşidilib.

Məlumata görə, partlayışlardan sonra şəhərin şərq hissəsində tüstü qalxdığı müşahidə olunub.

Digər tərəfdən, İsrail Müdafiə Qüvvələri paytaxtın müxtəlif nöqtələrinə zərbələr endirildiyini açıqlayıb. Hücumların miqyası və nəticələri barədə hələlik rəsmi detallı məlumat verilməyib.

Cavid, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
www.bakupost.az

1Sources