BEYLƏQAN, 25 mart. TELEQRAF
Beyləqanda 65 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Xaçınabad kəndi ərazində baş verib.
1961-ci il təvəllüdlü kənd sakini İsmayıl İsmayılov elektrik xəttində təmir işi görərkən cərəyan onu vurub.
O, hadisə yerində həyatını itirib.