EN

Dünya bazarlarında neftin qiyməti 100 dollardan aşağı enib

Dünya bazarlarında neftin qiyməti 100 dollardan aşağı düşüb...

“APA-Economics” xəbər verir ki, Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı neftin may fyuçerslərinin qiyməti bir barel üzrə sutka ərzində 3,70 ABŞ dolları azalaraq 88,65 ABŞ dollarına enib.

Londonun ICE birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti isə 4,92 ABŞ dolları azalaraq 99,57 ABŞ dolları səviyyəsinə düşüb.

Qeyd edək ki, qiymətlərin azalmasına əsas səbəb ABŞ və İran arasında mümkün danışıqların bərpa olunacağına dair məlumatların yayılması olub. Bu isə bazarda Yaxın Şərqdə təklif risklərinin azalacağına dair gözləntiləri gücləndirib və əvvəl formalaşmış risk premiumunun bir hissəsinin geri çəkilməsinə səbəb olub.

Poliqon.info

Chosen
8
6
poliqon.info

7Sources