EN

Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsinə start verir

Azərbaycanın
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsinin ilk raunduna start verir. 1news.az xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan U-19 ilk görüşünü meydan sahibi Litva seçməsinə qarşı keçirəcək.
Qarşılaşma Bakı vaxtı ilə sat 20:00-da Kaunasdakı "Raudondvario" stadionunda start götürəcək. Matçı Moldova və Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, U-19 növbəti görüşünü martın 28-də Şimali İrlandiyaya qarşı keçirəcək.

Chosen
6
4
1news.az

10Sources