EN

Ukraynadan Rusiyaya ağır zərbə Baltik dənizindəki ən böyük limana PUA hücumu VİDEO

Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.

Martın 25-i gecəsi Ukraynanın pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Leninqrad vilayətində yerləşən Ust-Luqa limanına hücum edib.

Bakupost.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Drozdenko bildirib. İlkin məlumatlara görə, hücum zamanı xəsarət alan olmayıb. Hücumdan sonra limanda güclü yanğın baş verib.

Ust-Luqa Rusiyanın Baltik dənizindəki ən böyük limanı hesab olunur və Novorossiysk limanından sonra ikinci ən iri neft limanıdır. Liman neft, neft məhsulları, mazut, aviakerosin və qazoil ixrac edir. “Reuters”in məlumatına görə, 2025-ci ildə limandan gündəlik təxminən 700 min, ümumilikdə isə 32,8 milyon ton neft məhsulu ixrac edilib.

Qeyd edək ki, iki gün əvvəl Ukrayna PUA-ları Baltik dənizindəki digər iri neft limanı — Primorsk limanını da hədəfə almışdı. Hücumlar nəticəsində həm Primorsk, həm də Ust-Luqa limanlarından xarici bazarlara neft ixracı müvəqqəti dayandırılıb, baxmayaraq ki, Ust-Luqa limanına hücum rəsmi olaraq açıqlanmamışdı.

PUA hücumları Rusiyanın neft infrastrukturuna zərər vuraraq, Moskvaya qlobal enerji böhranından qazanc əldə etmək imkanını çətinləşdirir. “Reuters” mənbələrinin məlumatına görə, əvvəllər Novorossiysk limanı da bir neçə dəfə PUA hücumlarına məruz qalmış və hazırda yükləmə qrafikində təxminən 10 günlük gecikmə yaranıb. Nəticədə, mart ayında Baltik və Qara dəniz limanlarından ümumi neft ixracı gündəlik 1,7 milyon barel səviyyəsinə enə bilər ki, bu, müharibənin başlanğıcından bəri ən aşağı göstəricidir.

Cavid, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
www.bakupost.az

1Sources