EN

ABŞ nin məhdud quru əməliyyatları gözlənilir

ain.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

İranın davam edən müharibədə taleyi, ABŞ və İsrail qırıcılarının Tehran səmasında cəzasız bir şəraitdə sərbəst uçuşlar həyata keçirməyə başladığı gün həll edildi.

Xalqcebhesi.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.

O, qeyd edib ki, sonrakı günlər sadəcə İranın hərbi potensialını tükəndirmək və onu danışıqlar prosesində ABŞ ilə İsrailin tələblərinə ciddi yanaşmağa məcbur etmək məqsədi daşıyırdı.

ABŞ ilə İran hazırda birbaşa danışıqlar aparmır, prosesi Pakistanın müdafiə naziri əlaqələndirir. Türkiyə və Misir də danışıqlar prosesinə dəstək verir:

"İranın ABŞ-yə şərtlər irəli sürməsi, can verən insanın son nəfəsdə yumruq sıxması kimi bir şeydir.

İrana zərbələr davam edəcək, ABŞ-nin məhdud quru əməliyyatları gözlənilir, İran da az sayda cavab zərbələri endirəcək.

İran ərazisində dağıntıların miqyası 25 günlük müharibə üçün ağlasığmaz dərəcədə böyükdür".

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
1
icma.az

2Sources