19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin birinci raundu çərçivəsində bu gün ilk oyununa çıxacaq.
QOL.az xəbər verir ki, B liqasının 6-cı qrupunda yer alan millimiz Litvanın Kaunas şəhərində yerli komanda ilə qarşılaşacaq.
“Raudondvario” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Qarşılaşmanı Moldova və Ukraynadan olan hakimlər briqadası idarə edəcək.
24 mart
20:00. Litva (U-19) – Azərbaycan (U-19)
Baş hakim: Yon Orliç (Moldova)
Baş hakimin köməkçiləri: Anatolie Basiul (Moldova), Semen Şlonçak (Ukrayna)
Dördüncü hakim: Viktor Kopiyevski (Ukrayna)
Kaunas, “Raudondvario” stadionu