EN

İsraildə yaralıların sayı açıqlandı

İranın zərbələri nəticəsində İsraildə son 24 saat ərzində 204 nəfər yaralanıb.Metbuat.az xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaralananlardan 120-si hazırda xəstəxanalarda yerləşdirilib, onlardan 12 nəfərin vəziyyəti ağırdır. 27 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Qeyd edək ki, İsraildə fevralın 28-dən bəri İranın zərbələri nəticəsində 5 045 nəfər yaralanıb.

Chosen
12
6
metbuat.az

7Sources