EN

Azərbaycan millisi Litvaya qarşı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin birinci raundu çərçivəsində bu gün ilk oyununa çıxacaq.

İdmanxeber.az xəbər verir ki, B liqasının 6-cı qrupunda yer alan millimiz Litvanın Kaunas şəhərində yerli komanda ilə qarşılaşacaq.

“Raudondvario” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Qarşılaşmanı Moldova və Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

24 mart

20:00. Litva (U-19) – Azərbaycan (U-19)

Baş hakim: Yon Orliç (Moldova)

Baş hakimin köməkçiləri: Anatolie Basiul (Moldova), Semen Şlonçak (Ukrayna)

Dördüncü hakim: Viktor Kopiyevski (Ukrayna)

Kaunas, “Raudondvario” stadionu

Chosen
19
6
idmanxeber.az

10Sources