EN

Azərbaycan qara metal ixracından gəlirini artırıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 15,5 milyon ABŞdolları dəyərində 11,7 min ton qara metallar və onlardan hazırlananməmulatlar ixrac edilib.

Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, alüminium və ondan hazırlanan məmulatların ixracıötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,7 milyon ABŞdolları və ya 31,9% artıb, həcm baxımından isə 97 ton və yaxud 0,8%azalıb.

Hesabat dövründə ixrac olunan qara metallar və onlardanhazırlanan məmulatların ümumi ixracda xüsusi çəkisi 0,42%,qeyri-neft sektoru üzrə xüsusi çəkisi isə 2,67% təşkil edib.

Eyni zamanda 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycana191,3 milyon ABŞ dolları dəyərində 167,4 min ton qara metallar vəonlardan hazırlanan məmulatlar idxal edilib. Bu, ötən ilin eynidövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 6,3 milyon ABŞdolları və ya 3,2% azalma deməkdir. Ötən ilin eyni dövründə ölkəyəidxal olunan sözügedən məmulatların həcmi açıqlanmadığındandinamikası göstərilməyib.

Hesabat dövründə idxal olunan qara metallar və onlardanhazırlanan məmulatların ümumi idxalda xüsusi çəkisi 7,36%-ə bərabərolub.

Məqalədə:
Chosen
64
1
az.trend.az

2Sources