EN

Hamilə qadınların ərlərinin işdən çıxarılması qadağan edilə bilər

ain.az, Bakupost saytına istinadən bildirir.

Rusiyada “Ədalətli Rusiya” fraksiyasından deputatlar Dmitri Kuznetsov və Dmitri Gusev Dövlət Dumasına hamilə qadınların ərlərinin işdən çıxarılması qadağan edən qanun təklif ediblər.

Bakupost.az Rusiya mediasına istinadən xəbər verir ki, təklif edilən qanun layihəsi Əmək Məcəlləsinə dəyişikliklər nəzərdə tutur.

Hazırda qanuna görə, işəgötürən yalnız şirkətin ləğvi və ya fərdi sahibkarın bağlanması halları istisna olmaqla hamilə qadını işdən çıxara bilməz. Yeni təşəbbüs bu normaları həmin qadınların ərlərinə də tətbiq etməyi nəzərdə tutur.

Qanun layihəsinə əsasən, hamilə həyat yoldaşı olan işçilərin müddətli əmək müqavilələri həyat yoldaşının hamiləlik dövrü ərzində uzadılmalıdır. Hamiləlik başa çatdıqdan sonra işəgötürən müqaviləni yalnız məlumat əldə etdiyi tarixdən bir həftə ərzində ləğv edə bilər.

Qanun layihəsinin izahında qeyd olunur ki, bu tədbir ailələrin maliyyə dəstəyini təmin etmək məqsədi daşıyır: “İşəgötürənin təşəbbüsü ilə işdən çıxarılmanın qadağan edilməsini qanunla təmin etmək ailələrə maliyyə sabitliyi narahatlığı olmadan uşağın doğulmasına hazırlaşmağa imkan verəcək.”

Deputatlar həmçinin hesab edirlər ki, bu təşəbbüs hamiləliyin saxlanmasına da müsbət təsir göstərə bilər. Rəsmi statistikaya görə, yalnız 2024-cü ildə 338 367 abort həyata keçirilib. Sorğulara əsasən, abortların əsas səbəbləri maliyyə çətinlikləri olub: 87%-i işsizlik, 68%-i isə ailədə maliyyə sabitliyinin olmaması ilə bağlıdır.

Qanun layihəsinin müəllifləri bildirirlər ki, bu tədbir rəsmi nikahların sayını artırmağa da səbəb ola bilər, çünki ailələr bu zəmanətdən yalnız rəsmi nikahda yararlana bilərlər.

Cavid, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
www.bakupost.az

1Sources