EN

“İdman” TV-dən heç bir dəstək istəməmişik” – müştərək yayın nə verdi?

Ölkə çempionatının 22-ci turundan etibarən bəzi oyunlar əsas yayınçı şirkət, yəni “CBC Sport” ilə yanaşı, “İdman” TV ilə də göstərilir. Mövsümün sonuna qədər də belə davam edəcək.

Bu əməkdaşlığın “CBC Sport”a hansısa faydası varmı? Konkret hansı oyunları belə yayınlanacaq? Oyunların yayınında “İdman” TV “CBC Sport”a hansısa texniki yardım göstərirmi? Bu sualları “CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasov cavabladı: “İdman” TV heç bir çəkiliş aparmır. Biz öz yayınlarımızı göndəririk. Reallıqdı ki, bizim formatda, keyfiyyətdə ölkəmizdə çəkilişi ancaq biz edə bilirik. Bunun da səbəbi texniki avadanlıqlardı. “İdman” TV istədiyi oyunu seçir, yayınlayır. Heç bir dəstək istəməmişik. Bu günə qədər necə tam şəkildə çəkilişləri aparırdıqsa, indi də elədi. Sadəcə, “İdman” TV-yə siqnalı ötürürük”.

MÜZƏFFƏR QULUZADƏ

Chosen
69
1
football-plus.az

2Sources