EN

Tərtərdə yol qəzasında iki qardaş ölüb - Yenilənib 

25.03.2026-cı il tarixində saat 05:50 radələrində Tərtər rayonu Qaradağlı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (1-i kişi, 1-i qadın) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub...

Bu barədə Tərtər Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Qeyd olunub ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hər iki pasiyentə ilkin tibbi yardım göstərilib və Gəncə Beynəlxalq Xəstəxanasına göndərişlə təmin olunublar.

Hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

***

Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli müxbirinin məlumatına görə, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində 1958-ci il təvəllüdlü Ağayev Nəsrəddin Müzəffər oğlu və 1971-ci il təvəllüdlü Ağayev Yunus Müzəffər oğlu ölüb. 1991-ci il təvəllüdlü Ağayev Sənan Nəsrəddin oğlu və Aslanova Könül Tərlan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onlara ilkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Chosen
9
15
poliqon.info

10Sources