EN

Nyukasl Yunayted Barselona ya 7 2 hesabı ilə məğlub olmasına və Premyer Liqada 12 ci yerə sahib olmasına baxmayaraq Eddi Hounu işdən çıxarmayacaq

ain.az bildirir, Oxumeni.az portalına istinadən.

"Nyukasl Yunayted" "Barselona"ya 7-2 hesabı ilə məğlub olmasına və Premyer Liqada 12-ci yerə sahib olmasına baxmayaraq Eddi Hounu işdən çıxarmayacaq

"The Telegraph" qəzetinin məlumatına görə, "Nyukasl Yunayted" rəhbərliyi komandanın son nəticələrinə baxmayaraq baş məşqçi Eddi Hounu işdən çıxarmağı düşünmür. Bu barədə Oxuməni.az "The Telegraph" qəzetinin məlumatına istinadla xəbər verir.

İngiltərə Premyer Liqasının 31-ci turunda "sağsağanlar" "Sanderlend"ə məğlub oldular və beləliklə, bu mövsüm əzəli rəqiblərinə iki dəfə (0-1, 1-2) məğlub oldular. Bundan əvvəl Hounun yetirmələri Çempionlar Liqasının 1/8 final mərhələsində "Barselona"ya (2-7) məğlub olmuşdular.

"Nyukasl Yunayted" hazırda Liqa Kuboku, İngiltərə Kuboku və Çempionlar Liqasından kənardadır. Komanda Premyer Liqanın turnir cədvəlində 42 xalla 12-ci yerdədir. "Arsenal" isə liqaya 70 xalla liderlik edir.

Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
1
oxumeni.az

2Sources