EN

Zərdabda maşın kanala aşıb: 2 nəfər ölüb, 4 nəfər yaralanıb - FOTO

Zərdabda yol qəzası olub, ölən və xəsarət alan var.

Aznews.az xəbər verir ki, hadisə rayonun Əlvəd kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai Santa Fe” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb.

Hadisə nəticəsində 2 nəfər - Nəsibov Rasim Yaqub oğlu və Nəsibova Paket Kamran qızı ölüb, 4 nəfər - Vidadi Nəsibov, Vəkil Abışov, Ramilə Nəsibova və Mütəllim Mütəllimov xəsarət alıb.

25.03.2026-cı il saat 11:10 radələrində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (1 qadın, 3 kişi) Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Zərdab Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Chosen
3
1
aznews.az

6Sources