EN

ABŞ xüsusi təyinatlıları HƏRƏKƏTƏ KEÇDİ: Qalibaf SƏT XƏBƏRDARLIQ ETDİ

Pentaqon ABŞ-nin 82-ci hava-desant diviziyasının 2000 hərbçisini Yaxın Şərqə göndərib.

Musavat.com xəbər verir ki, İran tərəfi ABŞ qoşunlarının regiondakı yerdəyişməsini diqqətlə izlədiyini bəyan edib.

İran parlamentinin spikeri Məhəmməd-Baqer Qalibaf mövzu ilə bağlı "X" sosial şəbəkə hesabında sərt xəbərdarlıq paylaşıb:

"Biz ABŞ-nin regiondakı bütün hərəkətlərini, xüsusilə də qoşunların yerdəyişməsini diqqətlə izləyirik. Generalların sındırdığını əsgərlər düzəldə bilməz. Əksinə, onlar Netanyahunun xəyallarının qurbanı olacaqlar. Torpağımızı müdafiə etmək əzmimizi sınağa çəkməyin".

"The New York Times" qəzetinin yaydığı məlumata görə, Pentaqon general-mayor Brendon R. Teqtmayera və 82-ci hava-desant diviziyasının Çevik Reaksiya Qüvvələrinin təxminən 2000 hərbçisinə Yaxın Şərqə yollanmaq əmri verib. Bildirilir ki, bu addım ABŞ prezidenti Donald Trampa İran yaxınlığında əlavə hərbi imkanlar yaratmaq, o cümlədən Xark adasının mümkün ələ keçirilməsi planlarını dəstəkləmək məqsədi daşıyır.

Musavat.com

Chosen
2
2
musavat.com

3Sources