EN

Azərbaycanlı biznesmenin 1 milyardlıq aktivləri müsadirə edildi Novruzovla bağlı 2 məhkəmə iddiası

Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiyanın Tuapse şəhərində azərbaycanlı biznesmen Şahlar Novruzovla bağlı işlər üzrə yeni qərarlar qəbul edilib.

Bakupost.az Rusiya mediasına istinadən xəbər verir ki, məhkəmə iş adamaının yüz milyonlarla rubl dəyərində varlığını müsadirə edib, liman aktivləri ilə bağlı cinayət işi isə prokurorluğa göndərilib.

“Kommersant”ın məlumatına görə, Krasnodar vilayətində yerləşən “Sipayn Resort” kurort kompleksinin tikintisi zamanı ekoloji qanunvericiliyin pozulduğu iddia edilib. İstintaq materiallarına görə, dənizə çıxış yolu yaratmaq üçün qayalıqlar dağıdılıb, torpaq və qaya qalıqları sahilə tökülüb və nəticədə sahil landşaftına ciddi zərər dəyib.

Bu səbəbdən məhkəmə ətraf mühitə vurulan zərəri təxminən 1 milyard rubl məbləğində qiymətləndirib və kompensasiya məqsədilə biznesmenə məxsus aktivlərin dövlət gəlirinə keçirilməsi barədə qərar verib. Qərara əsasən, kurort kompleksini inşa edən “Sipayn Resort” şirkətinin payları, tikinti obyektləri, torpaq sahələri, yaşayış daşınmaz əmlakı, avtomobillər və bank hesablarındakı vəsaitlər müsadirə olunub.

Məlumatlara görə, müsadirə edilən əmlakın ümumi dəyəri 960 milyon rubldan çox qiymətləndirilir. Kurort kompleksi Qara dəniz sahilində yerləşən Sosnovoye yaşayış məntəqəsində tikilirdi və tikintinin yarıdan çoxu tamamlanmışdı.

İş adamı ilə bağlı başqa bir məhkəmə iddiası da var. “İzvestiya”nın verdiyi məlumata görə, Tuapse liman aktivlərinin ələ keçirilməsinə cəhdlə bağlı cinayət işi də yeni mərhələyə daxil olub. Bu iş üzrə materiallar prokurorluğa göndərilib.

İstintaq versiyasına görə, bəzi şəxslər liman aktivləri üzərində nəzarəti ələ keçirmək üçün saxta sənədlərdən istifadə etməyə cəhd göstərib. İş çərçivəsində təxminən 919 milyon rubl dəyərində aktivlər üzrə qanunsuz əməliyyatların araşdırıldığı bildirilir.

Qeyd olunur ki, söhbət strateji əhəmiyyət daşıyan liman infrastrukturu ilə bağlı obyektlərdən gedir və bu səbəbdən iş dövlət səviyyəsində nəzarət altında saxlanılır.

Məlumatlara görə, Şahlar Novruzov hazırda başqa bir cinayət işi – aktivlərin əldə edilməsi zamanı fırıldaqçılıq iddiaları üzrə də istintaq altında saxlanılır.

Hüquq-mühafizə orqanları bildirir ki, həm ekoloji zərər, həm də liman aktivləri ilə bağlı işlər paralel şəkildə araşdırılır və yekun məhkəmə qərarları gələcəkdə regionda iri infrastruktur obyektlərinin idarə edilməsinə təsir göstərə bilər.

Cavid, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
30
www.bakupost.az

1Sources