EN

İdmançımız İspaniyada gümüş medal qazandı

Azərbaycanın parabadmintonçusu İbrahim Əliyev İspaniyanın Vitoriya-Qasteys şəhərində keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıb.

"Cebheinfo.az" Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, 20 yaşlı idmançı parabadmintonçuların birgə mübarizə apardığı qoşa yarışda (SU-5 kateqoriyası) fərqlənib.

Təmsilçimiz polşalı komanda yoldaşı Bartlomiej Mroz ilə birlikdə çıxış edərək fəxri kürsünün ikinci pilləsinə qalxıb.

"Cebheinfo.az"

Chosen
21
8
cebheinfo.az

9Sources