Hazırda Bakıda və Abşeron yarımadasında yağış yağır.Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Martın 25-i saat 15:00-a olan məlumata əsasən, düşən yağıntının miqdarı 5 mm-dək qeydə alınır.
Yağıntılı hava şəraitinin martın 27-si gün ərzində daha da intensivləşəcəyi gözlənilir.