EN

"Ona-buna söz atmaqla hara gedirsiniz?" - Əməkdar artistdən ŞOK SÖZLƏR

"İndi hər şey adiləşib, amma nahaq yerə. Vallah, mehriban olmaq lazımdır. Ölüm-itim dünyasıdır. Heç kim heç nə aparmır. Varlı da, kasıb da o qəbrin içinə gedir. Sadəcə, üstü bir az bəzəklidir".

 

Bu sözləri Əməkdar artist Gövhər Rzayeva "Günə uğurla" verilişində deyib.

 

Sənətçi həyatla bağlı səmimi fikirlər səsləndirib:

 

"Həyatda insana 3 şey qalır - Allah, etdiyin əməllər və bir də torpaq. Vuruşmaqla, ona-buna söz atmaqla hara gedirsiniz? Biz mədəni fəhləyik. Nəyin davasını edirsiniz? Hərənin öz ruzisi var, istəsən bağda, istəsən dağda ol, o səni gəlib tapacaq. Həyatda üç şey nigaranlıqdır - ruzi, qismət və əcəl. Bilmirsən nə vaxt gəlir. Çalışın əməllərinizi yaxşı edin"./Axşam.az

Tarix: 25 Mart 2026, 17:10   
Chosen
9
7
pravda.az

8Sources