“Arsenal” milli komandaların oyunları ilə bağlı çempionatda yaranmış fasilə ərəfəsində yoxlama oyunu keçirəcək.
QOL.az London klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Mikel Artetanın komandası “Betis”lə qarşılaşacaq. Yoxlama oyunu avqustun 5-də İrlandiyada keçiriləcək.
Qeyd edək ki, “Arsenal” İngiltərə Premyer Liqasının cari mövsümündə keçirdiyi 31 oyundan sonra 70 xalla turnir cədvəlinə başçılıq edir. Komanda ikinci yerdə qərarlaşan “Mançester Siti”dən 9 xal qabaqdadır.